14 yaşdan kiçiklərə sosial media qadağan olunacaq - Bu ölkədə

  • 2024.09.09 14:31
  • 812 Baxış
14 yaşdan kiçiklərə sosial media qadağan olunacaq -  Bu ölkədə
Avstraliyanın Cənubi Avstraliya əyaləti 14 yaşından kiçik uşaqlara sosial media qadağası qoymağa hazırlaşır.

Medicina.az xarici mediaya istinadla xəbər verir ki, Ali Məhkəmənin keçmiş hakimi Robert Frans kiçik yaşlı uşaqların sosial mediadan istifadə etməsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb.

Hesabatda 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi də yer alıb.

Baş nazir Malinauskas açıqlamasında bu hesabata daxil edilən qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməli olduğunu bildirib.

Sosial medianın avstraliyalıların psixi sağlamlığına dağıdıcı təsirləri olduğunu deyən Malinauskas bütün ştatları bu hesabatı qəbul etməyə çağırıb.

Qanun layihəsi 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsini və uşaqların bu platformalarda hesab açması halında şirkətləri cərimələməyi ehtiva edir. Müvafiq olaraq, 14 yaşından kiçik uşaqlar sosial mediadan istifadə etmək üçün valideynlərinin razılığını almalıdırlar. Qanun layihəsinin əvvəlcə Cənubi Avstraliyada, sonra isə digər ştatlarda parlamentlərə təqdim ediləcəyi gözlənilir.