Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

14 yaralı vətəndaşımız Bakıya yola salındı - FOTO

  • 2024.12.26 18:18
  • 165 Baxış
14 yaralı vətəndaşımız Bakıya yola salındı -  FOTO
"Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən vətəndaşımız dekabrın 26-da Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəmizə yola salınıb.


Medicina.az xəbər verir ki, onlar Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə yola düşüblər.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.