Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

14 nəfər qidadan zəhərlənib

  • 2019.08.01 12:12
  • 3213 Baxış
 14 nəfər qidadan zəhərlənib
İyulda AQTA-nın 1003 "Çağrı Mərkəzi”nə 1632 müraciət daxil olub Bu ilin iyulunda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 "Çağrı Mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub. AQTA-dan medicina.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı agentliyə 41 müraciət daxil olsa da, onlardan yalnız 14-ü öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə agentliyə daxil olan müraciətlərin 121-i işə qəbulla, 638-i isə digər xarakterli müraciətlər olub.


 14 nəfər qidadan zəhərlənib