Çində cərrahlar 14 barmaqla doğulan qızın əllərini əməliyyat edərək normal vəziyyətinə qaytarıblar.
Bu barədə
Medicina.az məşhur "Daily Mail" dərgisinə istinadən xəbər verir.
Belə ki, 3 yaşlı balaca qızın hər əlində əlavə barmaqlar olub. O, bir-birindən kəskin şəkildə fərqlənən barmaqlardan uğurlu cərrahiyyə yolu ilə
xilas olub.
Həkimlər bildirib ki, " iki sol barmaq bir yerdə bitişik idi. Sağ barmaqlar isə baş barmaqdan çıxmışdılar".
Valideynlərinin sözlərinə görə, bu onlara irsən keçib və artıq 5 nəsil boyunca davam edib.
Əməliyyat Lyaonin əyalətinin Şenyan Tibb Kollecində aparılıb.
Cərrah Çjan Tse bildirib ki, bu əməliyyat heç də
asan keçməyib: "Əməliyyatın mürəkkəbliyi onda idi ki, hansı barmağı kəsib, hansını saxlamağa qərar vermək çox çətin idi”. Əməliyyatdan sonra qızcığaz estetik baxımından gözəl əllərə qovuşub.