ABŞ-ın Miçiqan ştatında sonuncu qız uşağı 1885-ci ildə doğulan ailədə 138 il sonra körpə qız dünyaya gəlib.
Bakupost.az xəbər verir ki, hadisə ölkədə gündəm olub.
Anası Karolin Klark ABŞ mediasına müsahibə verib.
O deyib ki, yoldaşı Andryu Klark ilə tanış olanda ona 1885-ci ildən ailələrində qız uşağı dünyaya gəlmədiyini və qızlarının olmaycağını deyib.
İlk övladları oğlan olanda bu vəziyyətə bir az daha inandığını ifadə edən Karolin, keçən ilin oktyabrında ailəyə ikinci körpənin cinsiyyətinin qız olduğunu bildirib.
Bunu ziyafətlə elan etdiklərini və hər kəsin sevincindən ağladığını vurğulayıb.
Audri Mari adlı körpə keçən il martın 17-də dünyaya gəlib və 138 ildən sonra ailənin ilk qız uşağı olub.