Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

136 kişiyə dərman içizdirib, təcavüz edən tələbə tutuldu

  • 2020.05.05 13:53
  • 1311 Baxış
136 kişiyə dərman içizdirib, təcavüz edən tələbə tutuldu


İngiltərədə onlarla kişiyə cinsi təcavüzdə günahlandırılan İndoneziya vətəndaşı Reynhard Sinaga ömürlük həbs cəzası məhkum olunub.

Medicina.az xəbər verir ki, o, evinə dəvət etdiyi 136 kişini müxtəlif maddələrlə və içkilərlə yatızdırıb, sonra onlara təcavüz edib.

Mançester məhkəmə qərarına əsasən, Reynhard Sinaga “Şeytan” adlandırılan ölkənin ən bədnam cinayətkarları ilə eyni həbsxanada ömürlük həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, 12 il bundan əvvəl İngiltərəyə yerləşən, 36 yaşında doktorant tələbəsi Reynhard Sinaga 136 kişiyə təcavüz etməklə cəmi 159 cinsi təcavüzdə günahkarlandırılıb. Bildirilib ki, Sinaga kişiləri, klubdakı evinə və bar çıxışlarına dəvət edib, sonra bu insanlara təcavüz edərək, həmin anları videoya qeyd edib.

Sinaga ətrafı ilə sakit bir insan olaraq bildirilib. Sinaganı tutan polis rəisi Rushton, bədnam cinayətkarı “İngiltərə tarixindəki ən qorxunc təcavüzkar” adını verib.