2009-cu ildə bütün dünya Britaniyada baş vermiş hadisənin şokunu yaşadı.
13 yaşlı Alfi Patten və onun 15 yaşlı rəfiqəsi Şantel Stidman övlad sahibi olacaqlar. Qızın hamiləliyi təsdiqlənmiş, onların qızı olacaqdı. Alfi də uşağın atası olduğunu etiraf etmişdi.
Medicina.az xəbər verir ki, əslində oğlan və qız ailələrindən və bütün ölkədən öncə məsələni bilir və gizlədirdilər.
Alfi deyir ki, bir dəfə Şantelin qarnı ağrıdı. Bu ağrılar çox davam etdikcə biz həkimə getdik. Həkim Şantalin hamilə olduğunu dedi. Biz bu barədə heç kimə bildirməməyə qərar verdik.
Lakin sirr cəmi 7 həftə gizlədilə bilir. Qızının gündən-günə kökəlib şişdiyini görən ana onu həkimə aparmaq istəyir, lakin qız səbəbi deyir.
Ana özünü itirməyərək, bu barədə dövlət qurumlarına, lazımi orqanlara bildirir, uşağın doğulmasına kimi qızına dəstək olur.
Həm oğlan, həm qız jurnalistlərin hədəfinə çevrilir. Bütün ölkə onları izləyirdi. Uşaqlar övladlarına yaxşı valideyn olacaqlarını, heç nədən qorxmadıqlarını və güclü olduqlarını bildirirdilər.
2009-cu ilin fevralında onların qızı Meysi doğulur. Alfi bir "ata” kimi uşağa baxır, onu yedizdirir, onunla səmimi şəkillər çəkdirirdi.
Lakin Alfinin valideynləri 13 yaşlı oğullarının bu durumundan narahat idilər. Bir müddət sonra onlar uşağın DNK analizinin yoxlanmasını tələb edirlər.
Alfi bunu istəməsədə, qızın ondan olduğuna əmin olduğunu, Şantelin son 2 ildə yalnız onunla görüşdüyünü açıq –aşkar bildirir.
Lakin analiz götürülür və məlum olur ki, körpənin atası Alfi deyilmiş.
Ata qızın başqa dostu, 14 yaşlı Tayler Barker çıxır. Sonradan Barker etiraf edir ki, Şantelin hamilə olması xəbəri çıxanda, uşağın atası ola bilcəyini güman edir. Lakin qızın Alfidən başqa heç kimlə görüşmədiyini deməsi onu susmağa məcbur edib.
Tayler Alfidən fərqli olaraq uşağın onun olmasına sevinmir, qorxur və müsahibəsində Şantelin ilə cəmi bir dəfə görüşdüyünü və bundan da peşman olduğunu bildirib.
Lakin DNT analizindən sonra ağır psixiloji sarsıntı keçirən 13 yaşlı Alfi uzun müddət özünə gələ bilmədi. O, aylardır ki, dünya mətbuatında ən azyaşlı ata kimi gündəmdə idi, artıq bu həyatı ilə barışmışdı və körpəyə də bağlanmışdı. O, Şantelin xəyanətini də qəbullana bilmirdi.
Qanun uşağı nə Alfiyə, nə də Barkerə verir. Uşaq anada qalır. İllər sonra Alfi müsahibəsində artıq yetkin ağlı ilə bunları deyir: "İndi çox xoşbəxtəm ki, mən o uşağın atası olmadım. Bu vaxta kimi bir neçə sevgilim oldu. Hələ ki, ata olmaq barədə düşünmürəm”.