13 rəqəminə təkcə baxmaları, eşitmələri kifayətdir ki, panikaya düşsünlər. Dərhal fikrinə ölümdən tutmuş faciələrə kimi gəlib keçir. Bir rəqəmdən narahatlıq, təşviş keçirənlər 13 rəqəminin nəhs olmasını, xalq inanclarını, əsatirləri, hardansa eşitdikləri mifləri, faktları misal çəkərək, özlərini haqlı çıxarır.
Əslində isə bu fobiyalardan biridir.
Bu fobiyanın belə dərin kökm salmasının səbəblərini araşdırıb, psixoterapevtik yardım və müalicə almaq lazımdır.
Medicina.az triskadefobiya adlanan 13 kabusunun səbəblərini araşdırıb.
13 rəqəmindən dövlət başçılarından tutmuş aviaşirkətlərə kimi ehtiyat edir. Daha çox xristian aləminin qorxduğu bu rəqəm İsa peyğəmbərin cümə günü, 13 –ü tarixində çarmıxa çəkilməsi dövründən qaynaqlanır.
Tarixi kökü olan bu inanc nəsildən nəslə ötürülüb. Hətta müasir dövrdə də bəzi aviaşirkətlər və otellər 13-ü tarixində reysləri ləğv edib, 13 rəqəmli otel otağı yoxdur.
Statistikaya görə, 13 tarixində təyyarəyə bilet alanların sayı digər tarixlərə nisbətən az olur. 13 tarixində toy və xüsusi gün qeyd edənlər də azdır.
Triskaydefobiyanın əlamətləri:
-13 ilə bağlı hər bir xırda şeydən qorxmaq, çəkinmək, uzaqlaşmaq
-13 tarixində, günündə və ya 13-cü mərtəbədə qorxu, nevrozluq, təşviş
-Fiziki olaraq ağrılar: sinədə sıxılma, ürəkbulanma, ürək çırpınma, tərləmə, əsmə
-Tutma və panik atak halları
-Logik düşüncənin itməsi
-Bu fobiya yanaşı olaraq digər fobiyaları da cəlb edir
Daha çox 10 yaşından yuxarı yeniyetmələrdə, ailədə 13 rəqəmindən qorxan varsa digər ailə üzvlərində, eləcə də yaşlı insanlarda rast gəlinir.
Əgər bir insanın başına 13-ü tarixində faciə gəlirsə, onda həmişəlik bu fobiya iz qoya bilər.
Nə etməli:
Belə insanları çox qınamayıb, əksinə panikavə təşvişini azaltmaq üçün emosiyalarını ələ almağa yardım etmək lazımdır.
Tibdə bunu psixiatrlar müalicə edir.
-Hipnoterapiya ilə şüuraltından fobiyanın kökünü ləğv etmək
-Simptomları və digər əlamətləri götürmək üçün müasir preparatlar təyin edilir
-neyrolinqvistik proqramlaşdırma – yeni uğurlu metoddur. İnsanda yeni cavab reaksiyaları formalaşdırır, travmalı xatirələri insan özü neytrallaşdırır.