Marselino Abad Tolentino bütün dünyanın ən yaşlı insanı ola bilər. Belə ki, perulu yüzillik 1900-cü ilin aprelində anadan olduğunu iddia edir.
O, hazırda Huanuko şəhərindəki qocalar evindədir. Ətrafındakılar ona “masiko” deyirlər. Bu, yapon dilində "müdriklik" deməkdir.
“Medicina” xəbər verir ki, valideynlərini erkən itirən, böyük tarixi hadisələrin şahidi olan bu şəxs daim fiziki fəaliyyətlə məşğul olduğunu qeyd edib.
Təmiz havada çox gəzdim, təbiəti öyrəndim, kifayət qədər bitki mənşəli qidalar yedim. Əslində Marselino hesab edir ki, onun uzunömürlü olması qidalanma ilə bağlıdır.
Meyvə və tərəvəz həmişə onun gündəlik qida rasionunun bir hissəsi olub. O da öz torpağında bitənləri yeməyə üstünlük verirdi. Bununla belə, kişinin menyusuna tez-tez quzu əti də daxildir: o, əmindir ki, bu ət sağlamdır.
Abad Tolentino sona qədər şəxsi təsərrüfatında yaşayıb və yalnız özünə qulluq etmək qabiliyyətini itirəndən sonra qocalar evinə köçüb.
Perulu uzunömürlülüyün əsas meyarları kimi düzgün qidalanma, fiziki aktivlik və müsbət münasibət göstərib.
Aygün Musayeva