Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

120 yaşa qədər yaşamaq indi də mümkündür

  • 2024.10.08 17:09
  • 2113 Baxış
120 yaşa qədər  yaşamaq indi də mümkündür

Rusiya Milli layihəyə start verir. 2025-ci ildə bioiqtisadiyyatın inkişafı üzrə tədbirlər başlayacaq.

“Medicina” xəbər verir ki, bu barədə birinci vitse nazir Denis Manturov məlumat verib.


“120 yaşa qədər yaşamaq: insanlıq üçün yeni texnologiyalar” forumunda farmakologiya, qida, ekologiya proqramları irəli sürüləcək.


Onuns sözlərinə görə, 120 yaşa qədər yaşamaq artıq indi mümkündür.
Rusiya şəkər və piylənmənin dərmanı Ozempikin analoqunu, eləcə də Parkinson, Alsgeymerə qarşı dərmanlar, şəkərsiz dondurma, qlütensiz qidalar vədigər innovasiyaları təqdim etməyi planlayır.


Biotexnologiya sahəsində maraqlı kəşflər var, məsələn, etil spirtini taxta yonqarından almaq, onkoloji xəstələrin müalicəsi üçün yeni vaksinlər və s.
Hazırda ölköədə 1000-ə qədər şirkət biotexnologiya üzrə məşğul olur.
Bu bazarda 300 milyard yatırım və dövriyyə var.


Rusiyalı alimlərin vaksin, Parkinsona qarşı dərmanlar üzrə effektiv işləri var.
Diabetlə mübarizə aparacaq fermentlər qida sənayesində istifadə ediləcək.
Tibbdə istifadə olunan polisaxaridlər artıq qida sənayesinə də keçir.


Amma insanlıq üçün uzunömürlülüyün universal həbi hələ də idman, fiziki aktivlik və sağlam qidalanmadır.

Aygün Musayeva