Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

120-dən çox forması olan revmatizmə çarələr - Xalq təbabəti üsulları

  • 2022.09.08 14:57
  • 2197 Baxış
120-dən çox forması olan revmatizmə çarələr   - Xalq təbabəti üsulları

Revmatizm xəstəliyi təəssüf ki, artan xəstəliklər sırasındadır. Sadə görünsə də, təhlükəli bir xəstəlikdir. Lakin təbii vasitələrlə mütəmadi müalicə onu sağalda bilər . Xəstəliyin 120-dən çox müxtəlif formaları var, bədənin bütün üzvlərini zədələyə bilir. Qan, əzələ, hüceyrə, sümük, qığırdaq və s. formaları var. Ən çox yayılmış qığırdaq və sümük formalarıdır. Revmatizmin bu qədər növünün olmasına baxmayaraq xalq təbabətində demək olar ki, bunların hamısı üçün eyni müalicə üsulu var.



Medicina xəbər verir ki, həkim fitoterapevt Fizuli Hüseynovun sözlərinə görə, revmatizm zamanı qanda mikrobların (streptokoklar) artması, bədəndə autoimmun proseslərin işə düşməsi ürək klapanlarının zədələnməsi ilə nəticələnir. Ürəyə qulaq asdıqda ürək döyüntülərindən sonra fışıltı səsi gəlir ki, bu da ürək klapanlarının tam bağlanmadığını və qanın bir hissəsinin ürəyə qayıtdığını göstərir. Mədəciklərə qayıdan qanın həcmi getdikcə çoxalır və sonda ürək çatışmazlığına səbəb olur.


F.Hüseynov bildirib ki, oynaqlarda üzücü ağrılar, halsızlıq, yorğunluq, axşamlar 37-38 dərəcəyə (bəzən temperatur olmaya bilər) çatan temperatur olduqda revmatizmə görə müayinə olunmaq lazımdır.

Revmatizmin müalicəsində ilk növbədə bədənin müqavimətini yüksəltmək və antimikrob təsir göstərən bitkilərdən istifadə etmək lazımdır. İmmunitet zəif olduqda bu xəstəlikdən xilas olmaq mümkün deyil.

İmmunitet artıran məcun:

Zəncəfil – 50 qr
Qara zirə – 50 qr
Biyan kökü – 20 qr
Eleuterokok və ya exinaseya otu – 50 qr
Bibəriyyə – 50 qr
Çiçək tozu – 50 qr
Propolis (vərəmum) – 50 qr
Bal – 1 kq
Tut bəhməzi – 0.5 kq
Bitkilər toz halına salınıb qarışdırılır, məcun hazırlanır. Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır.
İltihab əleyhinə təsir göstərən bitki qarışığı:
Gülümbahar çiçəyi – 50 qr
Ardıc meyvəsi – 50 qr
Udi hindi – 50 qr
Gəndalaş çiçəyi – 50 qr
Gicitkən yarpağı – 50 qr
Qatırquyruğu otu – 50 qr
Tozağacı yarpağı – 50 qr
Boymadərən otu– 50 qr

Bitkilər qarışdırılır, qarışıqdan 3 orta xörək qaşığı 3 stəkan suda termosda dəmlənir. Gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 stəkan içilir. Tərkibi hazırlamaq çətinlik törətdikdə eyni tərkibdə revmatizm əleyhinə yığıntıdan istifadə etmək olar.

Oynaq ağrıları üçün müalicə

Oynaq ağrıları güclü olduqda 2 kq dağ (Naxçıvan) duzu isidilərək pambıq parçaya bükülür, isti şəkildə diz və ya bel nahiyəsinə bağlanır. Və yaxud oynaqlara və bel nahiyəsinə gündə 2 dəfə qarazirə yağı çəkilir.

20 kq Naftalan nefti qızdırılır, elə bir qaba tökülür ki, ayaqlar içinə salındıqda neft dizdən yuxarı çıxsın. Gündə bir dəfə yarım saat müddətində ayaqlar neftin içində saxlanır. Naftalan nefti uzun müddət keyfiyyətini saxladığından onu 1 il istifadə etmək olar.

Bakıda Hövsan yolunda yerləşən duzlu göldə 1 ay müddətində hər gün çimmək və gölün palçığından bütün bədənə sürtmək, sonra boz rəng alana qədər gözləmək də yaxşı nəticə verir.


Aygün Musayeva