Yardımlı rayonunda 12 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
Medicina.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Gügavar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Aris Mais oğlu Ağakişiyev mal-qaranı örüşdən evə qaytarmaq üçün gedib. O, evlərinə yaxın ərazidəki qayanın üstündən ehtiyatsızlıqdan aşağı yuvarlanıb. Baş, boyun nahiyəsindən ciddi xəsarət alan A.Ağakişiyevi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Reanimasiya şöbəsində həkimlərin səyinə baxmayaraq yeniyetmə bu gün səhər saatlarında ölüb.
Faktla bağlı araşdırma aparılır.