12 yaşlı türkiyəli məktəbli Əli Abi məktəbə gedərkən tez yorulmasından, qaça bilməməsindən, yazı yazarkən biləyinin zəifıiyində, əl-ayaq gücsüzlüyü şikayətləri ilə Şirnak dövlət xəstəxanasına gətirilir. Uşaqda başqa bir əlamətlər yox idi.
Medicina.az xəbər verir ki, xəstəxananın beyin cərrahiyyə şöbəsi uşağın beyin MRT çəkimlərində 1,2 kiloqramlıq nəhəng törəmə kist aşkarlayıblar. Uşaq təcili əməliyyat olunur, kist tam xaric edilir. Həkim beyinin demək olar ki, dörddə bir hissəsini tutmuş kistin bu vaxta kimi ciddi fəsad vermədən böyüməsinə təəccüblənmiş, uşağın baş ölçüsündə belə dəyişiklik hiss olunmamışdı. Əməliyyat olmasaydı uşaq demək olar ki, əlil olacaqdı.
6 aylıq reabilitasiyadan sonra Əli yenidən məktəbə getməyə başladı.