Moskvada 12 yaşlı 6 –ci sinif şagirdin hamiləliyi qeydə alınıb.
Medicina.az xəbər verir ki, Daşa yaşıdları ilə ünsiyyətcil deyil, qapalı, ciddi qızdır. Lakin onun özündən xeyli böyük dostu olub. Anası onun adını bilmir, qız da ad çəkməkdən imtina edir.
Anası bildirir ki, qızının son 4 həftədə ciddi ürək bulanmaları və halsızlığı olub. Həkimə getrməzdən öncə ana aptekdən test alır. Testdə hamiləlik işarəsini görəndən sonra az qala huşu gedəcəkdi. Qız isə əksinə sevinib.
“Qızım həmişə bacı və ya qardaş istəyirdi. Tək olduğuna görə özünü bədbəxt hiss edirdi. Tez-tez deyirdi ki, tez böyüyüb, ailə qurub, uşaq sahibi olmaq istəyir. Ona görə hamiləliyindən sevindi və uşağı saxlamaq, dünyaya gətirmək qərarına gəldik”.
Daşa etiraf edir ki, dostu ilə münasibətdən öncə həqiqi yaşını gizlədib. Ogala 16 yaşının olduğunu bildirib.
“Biz ilk günlər sadəcə görüşüb gəzirdik. O çox yaxşı, zarafatcıldır. Əgər ona 12 yaşımın olduğunu desəydim, o mənlə görüşməyəcəkdik. 1 həftədən sonra o, məni kirayə qaldığı evə dəvət etdi. İlk vaxtlar mən qoruyucu ilə münasibətdə olurdum. Xəstəlikdən, infeksiyadan qorxurdum. Sonra o da istəmədi, dedi bunsuz da olar. Mən dedim ki, birdən hamilə qala bilərəm. Dedi ki, yox olmaz”.
Qız hamilə olduğunu biləndən sonra uşağının atası ilə görüşmür. Çünki ona qarşı çox dəyişmişdi.
Ginekoloqlar bu yaşda uşaq doğmağın qız üçün ciddi risk olduğunu bildirir. Qız 3 ay əvvəl appendisit əməliyyatı keçirib. Hamiləliyin sona kimi davam edə biləcəyi sual altındadır. Qız və anası isə körpənin doğulmasını istəyir.