Kanada sakini, 25 yaşlı müəllimə Loren Midqli ilk dəfə 12 yaşından saçlarının ağardığını görür.
Həmin vaxtdan o ağ saçlarını gizlətmək üçün hər həftə onları boyayırdı.
Medicina.az xəbər verir ki, o hər ay saçlarının rənglənməsinə 100 funt sterlinq xərcləyirdi.
2020-ci ildə Loren instagramda ağ saçları ilə məşhur olan qadınları, blogerləri görür. Bundan ruhlanan qadın daha saçlarını boyamır və instagramda öz akkauntunu açır.
Qısa müddətdə ölkədə məşhurlaşan ağ saçlı qız eyni problemi olan digər insanları utanmamağa və saçlarını sevməyə ruhlandırır.
“Mən hər gün minlərlə dəstək mesajı alıram. Amma bəzən suallar da olur. Niyə saçını rəngləmirsən. Niyə saçın uşaqlıqdan ağarır. Yaşlı göründüyünü düşünürsənmi?
Hətta bəziləri məni xəstə də hesab edir. Lakin tərif və dəstək daha çoxdur. Mən hesab edirəm ki, cəmiyyət ağ saçlara qarşı stereotipləri qırmalıdır və qadınları ağ saçları ilə qəbul etməlidir. Ağ saçlar utanc deyil”.