Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

12 toya 53 nəfər buraxılmadı - DİN

  • 2021.08.26 09:58
  • 3006 Baxış
12 toya 53 nəfər buraxılmadı -  DİN
Avqustun 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 12 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Medicina.az -a verilən məlumaat görə, monitorinq 7 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 53 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.