Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

12 nəfərin zəhərləndiyi dönərxananın sahibi tutuldu

  • 2019.07.04 15:24
  • 8786 Baxış
12 nəfərin zəhərləndiyi dönərxananın sahibi tutuldu

Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.


Medicina.az
-ın məlumatına görə, iyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən "Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.


Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

İstintaq davam etdirilir.