"Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin nevroloji və fiziki vəziyyəti o dərəcədə ciddidir ki, bu, onun əlil olmasına, hətta ölümcül nəticələrə gətirib çıxara bilər".
Medicina.az xəbər verir ki, bunu Gürcüstan Ombudsmanı yanında yaradılmış şuranın üzvü Otar Toidze deyib.
Onun sözlərinə görə, Saakaşvilinin tezliklə hər hansı xarici ölkədə müalicə almasına ehtiyac var.
Xatırladaq ki, ötən həftə məhkəmə prosesi zamanı Saakaşvili qeyd edib ki, özündə zəiflik hiss edir, qida qəbul edə bilmir və son bir neçə gün ərzində 12 kiloqram arıqlayıb. Məhkəmə prosesinin başlamasından 5 dəqiqə sonra Saakaşvili öz çıxışını yarıda kəsib və həkim yardımı tələb edib.