Rusiya Milli Futbol Liqasının (FNL) 12-ci turundakı "Tom" - "Şinnik" matçı planlaşdırılan vaxtda baş tutmayacaq.
Medicina.az xəbər verir ki, "Şinnik" komandasında 12 futbolçunun koronavirus testi müsbət nəticələnib. Yaroslavl təmsilçisi iki həftəlik karantinə alınıb.
Matçın taleyi ilə bağlı son qərarı Rusiya Futbol İttifaqı verəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 27-də keçirilməli idi.