42 yaşlı Olqa Qaniçeva 11 uşaq anasıdır. Apreldə 12-ci uşağına hamilə olan qadının süd vəzisində şiş aşkarlanıb.
“Medicina” xəbər verir ki, təcili əməliyyat olunmalı qadına abort təklif edilib. Bildirilib ki, halda hamiləlik uşağa da ziyandır.
Amma Olqa abortdan imtina edib: “Ötən ilin fevralında mənim bir hamiləliyim pozuldu.
Elə o vaxt döşümdə şiş hiss etmişdim. Düşündüm ki, hamiləlikdəndir, özü gedəcək.
2 ay sonra yenidən hamilə qaldım və şiş böyüməyə başladı.
USM-də həkim dedi ki, çox güman, bu, bəd şişdir. Mən uşağımı itirmək istəmirəm. Öləcəyəm, qalacağam fərqi yoxdur. Evdə çox dua edirəm, İncili oxuyuram, orda cavablar tapıram. Hər şeyi Allah bilir, bəlkə o mənə də, övladıma da ömür verəcək”.
Bloxina adına onkoloji mərkəzdə Olqa kimyaterapiya alır. Dekabrın sonu körpəsi dünyaya gələcək.
Aygün Musayeva