Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

12 barmaq bağırsağı bağlı olan uşaq doğuldu – 1600 qramlıq körpə xilas edildi

  • 2018.02.05 15:58
  • 20237 Baxış
12 barmaq bağırsağı bağlı olan uşaq doğuldu –  1600 qramlıq körpə xilas edildi
Medicina.az xəbər verir ki, Bakıda daha bir qeyri-adi, mürəkkəb patologiyalı uşaq doğulub. Bətndaxili müayinədə 12 barmaq bağırsağının qapalı olduğu görünən körpə vaxtından əvvəl dünyaya gəlib. Anadangəlmə Duodenal arteziya patologiyalı körpə əməliyyat olunmasaydı, yediyi qida 12 barmaq bağırsaqdan keçə bilmədiyi üçün yaşaya bilməyəcəkdi. 


Digər klinikada doğulan körpənin əməliyyatını bu dəfə də uşaq cərrahiyyəsi uzmanı  Fuad Hüseynov üzərinə götürdü. 

Əməliyyat zamanı məlum oldu ki, 12 barmaq bağırsağı anormal yerləşən mədəaltı vəzi sıxır – Anulyar pankreas. 


Əməliyyat uğurla başa çatdı, 12 barmaq bağırsağın keçiriciliyi bərpa olundu və körpə neanotologiya şöbəsinə köçürüldü. Körpənin ürək, böyrək, əməliyyatdan sonra görünən tikilmiş bağırsağa sızdırma, tikişdə daralma kimi problemlər olmadı.

 

Yaşamaq şansı qazanan körpə 1 həftə sonra digər uşaqlar kimi normal olaraq ağızdan qidalanmaya başladı. Uşaq  hazırda evlərindədir. 

 

 

12 barmaq bağırsağı bağlı olan uşaq doğuldu –  1600 qramlıq körpə xilas edildi
12 barmaq bağırsağı bağlı olan uşaq doğuldu –  1600 qramlıq körpə xilas edildi