Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dəstək üçün 118 kubalı tibb işçisi Azərbaycana yola düşüb.
“Prensa Latina” informasiya agentliyinin verdiyi xəbərə görə, onlardan 48-i həkim-mütəxəssis, 70-i isə tibb bacısı və qardaşıdır.
Tibb işçiləri Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində Kubanın təcrübəsini bölüşəcəklər.
Qeyd edək ki, bundan əvvəl Kubadan olan bir qrup tibb işçisi COVID-19-la mübarizədə dəstək üçün Azərbaycanda olub.