Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

116 yaşlı qadın koronadan sağaldı - Vaksin vurdurmuşdu - FOTO

  • 2021.09.08 15:42
  • 1275 Baxış
116 yaşlı qadın koronadan sağaldı -  Vaksin vurdurmuşdu - FOTO
Türkiyədə 116 yaşlı qadın koronavirusdan sağalıb.

Medicina.az xəbər verir ki, qohumlarını ziyarət etdiyi sırada koronavirusa yoluxan 8 uşaq anası Ayşe Karatay 1 həftə reanimasiyada qalıb. Daha sonra 3 həftəlik müalicələrinə davam edən qadın koronavirusdan qurtulub.

Həkimlərin sözlərinə görə, Ayşe Karatay irəli yaş və digər xəstəliklərinə görə bir müddət daha xəstəxanada qalmalıdır.

Qeyd edək ki, 116 yaşlı qadın 1 doza “Sinovac” vaksini vurdurmuşdu.