Dünyada yaşına görə ikinci yeri tutan qadının 116-cı ad günü oldu.
“Medicina” xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan amerikalı Edi Çekkarelli 116 yaşını qeyd edib.
Yerli hökumət onun şərəfinə parad yürüşü təşkil edib.
Yürüşdə itlər, yanğınsöndürən maşınlar, yerli sakinlər avtomobilləri və hava şarları ilə iştirak edib.
Musiqiçilər serenada ifa edib.
Uşaqlar 116 yaşlı nənəyə güllər təqdim edib.
Həmin gün qasırğa gözlənilirdi, lakin hava yaxşı keçib.
Hazırda demensiya başlasa da, Edi ad günü olduğunu bilib.
Edi 1908-ci ildə anadan olub. Valideynləri İtaliyadan miqrantlar idi. Onun ata-anası da 95 yaşa qədər yaşayıb.
3 dəfə ərdə olan Edinin bir qızı artıq vəfat edib.Maraqlısı odur ki, onun bacı qardaşı, nəvələri 40-45 yaşında genetik xəstəlik səbəbindən ölüb.
Aygün Musayeva