Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

115 yaşlı qadın uzunömürlülüyün sirrini açdı

  • 2024.07.30 13:00
  • 1254 Baxış
115 yaşlı qadın uzunömürlülüyün  sirrini açdı
Ölkənin ən yaşlı sakini kimi tanınan, ABŞ-dən olan 115 yaşlı Elizabet Frensis uzunömürlülüyün sirrini açıb.

Medicina.az xəbər verir ki, o, 1909-cu ildə Luiziana ştatında anadan olub. Elizabet 11 yaşında anasını itirib və qohumlarının himayəsinə göndərilib.

ABŞ-ın ən yaşlı sakini özü uzun ömür sürməsinin əsas səbəbini deyib: "Düşündüyünüzü söyləyin, geri çəkilməyin"

Françesin 69 yaşlı nəvəsi Ethel Harrison bildirib ki, 115 illik yubileyində Elizabet bir tort əvəzinə iki tort tələb edib.

115 yaşlı qadın bildirib ki, son altı ayda vaxtının çox hissəsini yataqda keçirir. Bununla belə, o, ağlını və həyata olan marağını itirməyib.

Qeyd edək ki, o, 95 yaşlı qızı ilə birlikdə qalır. Onun böyük bacısı Berta Conson 106 yaşına qədər yaşayıb.