Dünyanın ən yaşlı kişisi Venesuealı Xuan Peres Mora dünən 114 yaşda vəfat edib.
"Medicina" xəbər verir ki, Ginnesin Rekordlar kitabına düşən, Venesuelanın fəxri Xuanın ölümü barədə ölkə prezidenti də paylaşım edib.
“Onun ailəsini qucaqlayır və uzunömürlü kişinin doğulduğu El-Kobre şəhərinin bütün sakinlərinə başsağlığı verirəm”.
Uzunömürlü kişi 115 yaşını qeyd edəcəkdi, onun pnevmoniyadan öldüyü bildirilir.
Peres axşam saat 9-dan artıq yatır, çox su içib, dualar sayəsində çox yaşadığını bildirib.
Aygün Musayeva