95 yaşlı Nadejda Kondratovaçovanın 110 nəvə, nəticə, kötükcəsi var.
“Medicina” xəbər verir ki, Blajevo kəndində yaşayan qadının 9 uşağı olub, onlardan 7-si sağ qalıb.
Bu yaxında 95 illik yubileyi olan qadını təbrik etmək üçün övladları, qohumları ölkənin dörd bir yerindən gəlmişdilər.
Böyük qızının 74 yaşı olan Nadejda ömür boyu kolxozda işləyib.
25 nəvə, 74 nəticə, 4 kötükcəsi var.
95 yaşı olmasına baxmayaeaq, 62 yaşlı qızına kömək edir.
O, həmişə böyük, xoşbəxt ailə arzusunda olduğunu deyir.
“Ana tərəfdən bütün nənələrim uzunömürlüdür. Bizdə həmişə 5 nəsil bir –birini görüb.
Mən uşaqları, gəncləri görəndə sevinirəm” – deyə Nadejda deyib.
Aygün Musayeva