Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

11 yaşlı uşağı qəhvə içmək sağaltdı – Sinir tikləri var idi

  • 2019.06.13 17:54
  • 8855 Baxış
11 yaşlı uşağı qəhvə içmək sağaltdı –  Sinir tikləri var idi
Gündə cəmi 2 fincan ekspresso qəhvəsi 11 yaşlı oğlanın xəstəliyini sağaltdı. O, güclü əsmə, qeyri-iradi hərəkətlər və əsəb tiklərindən əziyyət çəkirdi.


Medicina.az xəbər verir ki, uşaqda nadir genetik mutasiya olan nevroloji diskineziya diaqnoz olunmuşdu. 


Qəhvə içməsi isə əzələləri boşaldıb, rahatlaşdırıb, enzima reseptorlarını aktivləşdirib. 

Uşaq bir fincan qəhvə içdikdə, əsməsi 7 saat dayanırdı. 2 fincan qəhvə isə bir sutka əsməni saxlayırdı. 


Kofeinsiz qəhvə isə əksinə təsir etmişdi, tutmaları artırmışdı. 

Deməli, kofein bu xəstəlikdə əsas təsir rolunu oynayıb.


Dünyada hazırda rəsmi olaraq 400 belə xəstə var. 

Alimlər kofein əsasında bu xəstələr üçün preparatlar hazırlanması və tətbiqi fikrini irəli sürüb.