Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

109 yaşlı nənənin sirri – "Çox tərsəm"

  • 2023.04.05 14:19
  • 1511 Baxış
109 yaşlı nənənin sirri  – "Çox tərsəm"
Britaniyanın Huxby şəhərinin sakini Olive Edvards 109 yaşını qeyd edib. O, inadkarlığı və gündə üç dəfə yemək yeməyi uzunömürlülüyünün sirri adlandırıb.


“Medicina” xəbər verir ki, qadın qızılbalığı və qulançarı çox sevdiyini, çoxlu su içdiyini, vaxtını kitab oxumaqla, toxuculuqla və tikişlə keçirdiyini bildirib.

Onun sözlərinə görə, o, mümkün qədər uzun müddət aktiv olmağa çalışır və hobbilərini davam etdirməyi dayandırmır.


109 yaşlı britaniyalı qadın əlavə etdi ki, 80 yaşım olanda nəvələrimlə futbol və kriket oynayıb.

Uzunömürlülüyünün sirrinin nə olduğunu soruşduqda, Edvards cavab verdi ki, o, gündə üç dəfə yemək yeyir və çox inadkardır. "Mənim sirrim təslim olmamaq və irəliləməyə davam etməkdir".

Doğum günü şərəfinə Birchlands Care Home-un aşpazı yüzillik üçün sevimli yeməyi hazırladı. Olive yeməyini bir dilim evdə hazırlanmış tort ilə bitirdi.

Bütün həyatı boyu Edvards ibtidai sinif müəllimi işləyib. O, iki dünya müharibəsindən sağ çıxdı və müasir texnologiyanın inkişafının öz gözləri ilə şahidi oldu. Onun iki qızı və dörd nəvəsi var.

Günay Quluzadə