Böyük Britaniyanın 6-cı ən yaşlı insanı olan, Frenk Çester 108 yaşını qeyd etdi.
“Medicina” xəbər verir ki, What-a verdiyi müsahibədə o, uzun ömür sürməsinin qeyri-adi sirrini bölüşüb.
10 aprel 1917-ci ildə anadan olan Çester həmişə oturan yerdə şalvar geyindiyini söylədi. Guya ona bu qədər uzun ömür yaşamağa imkan verən də məhz budur.
"Mən həmişə oturarkən şalvar geyinirəm. Bunu ayaq üstə etsəm, yıxılardım”
İkinci Dünya Müharibəsi veteranı olan Çester sualtı qayıqları və konvoyları qorumaq vəzifəsi daşıyan HMS Honeysuckle korvetində xidmət edib.
Müharibədən sonra o, West Midlands ştatının Uolsoll şəhərində məskunlaşdı və burada gələcək həyat yoldaşı Lili ilə tanış oldu və uzun və xoşbəxt bir həyat sürdülər.
“Bu mənim başıma gələn ən yaxşı şeydir”.
Aygün M