Volqoqradlı həkimlər 107 yaşlı xəstəni xilas ediblər.
Qadının iri damarı tıxandığından əməliyyat olunub.
“Medicina” xəbər verir ki, Volqoqradın 1 saylı vilayət klinik xəstəxanasının həkimləri Nexayevski rayonundan olan 107 yaşlı pensiyaçını xilas ediblər. Yaşlı qadının səhhəti kəskin pisləşdiyi üçün təcili əməliyyat olunub.
Anastasiya Şçetinina sol ayağındakı ağrılardan və baldır nahiyəsində soyuqluq hissindən şikayətlənib.
Ona femoral arteriya tromboemboliyası diaqnozu qoyulub.
Volqoqrad xəstəxanasının damar cərrahı Oleq Usaçev təcili olaraq Mixaylovka şəhərinə gəlib və yerli həkim briqadası ilə birgə damardan trombun çıxarılması üçün əməliyyat keçirib.
Əməliyyat 45 dəqiqə davam edib və uğurlu alınıb. Xəstə cərrahın nəzarəti altında evə buraxılıb.
Aygün Musayeva