107 yaşlı qadın uzunömürlülüyünün sirrini açıqladı: Heç vaxt evlənməmişəm (VİDEO)
107 yaşlı qadın uzunömürlülüyünün sirrini açıqladı: Heç vaxt evlənməmişəm (VİDEO)
2019.08.02 17:54
7597 Baxış
107 yaşlı qadının uzunömürlülük sirri: Evlənməmək, idman və rəqs etmək
Medicina.az "CNN"ə istinadən xəbər verir ki, Nyu-Yorkun Bronks bölgəsində yaşayan və bir neçə gün əvvəl 107 yaşını qeyd edən Luise Siqnor uzunömürlülüyünün sirrini açıqlayıb: "Subay qalın".
Luise Siqnor sağlamlıq pəhrizi saxlayır və müntəzəm idman edir. Amma o, inanır ki, bir əsrdən çox yaşamaq zövqünün arxasında evlənməmək qərarı dayanır.
"Onlar idman edirsə, mən də edirəm. Onlar rəqs edirsə, mən də edirəm. Mən hələ də biraz rəqs edirəm. Lançdan sonra, biraz binqo oynayıram, ona görə də günüm dolu keçir", Siqnor "CNN"-ə açıqlamasında deyib və əlavə edib: "Məncə, 107-nin sirri nədir: heç vaxt evlənməmişəm. Məncə, sirr budur. Bacım deyirdi ki, kaş o da evlənməzdi".
Qeyd edək ki, hazırda ABŞ-da yaşayan ən uzunömürlü şəxs 114 yaşlı Alelia Mörfidir. Mörfi Nyu-Yorkun Harlem bölgəsində yaşayır, Siqnor da burada doğulub.