107 yaşlı Rene Qlover növbəti doğum gününü qeyd edərkən uzun ömürlülüyün sirrini açıqlayıb.
Medicina.az xəbər verir ki, Britaniyanın ən uzunömürlü sakini olan qadın sirrin çayda olduğunu bildirib.
Belə ki, o gündə 13 fincan çay içir. Hesab edir ki, məhz çaya görə o sağlamdır.
Onun 51 yaşlı nəvəsi qeyd edib ki, uzun ömürlülük nəslin genetikasındadır. Lakin nənəm deyir ki, çay içməsə ölər.
Rene Qlover 1914-cü ildə doğulub. Onun qızının 83 yaşı var.