ABŞ-ın Sietl şəhərinin ən yaşlı qadını Berta Enstler 106-cı doğum gününü fərqli qeyd edib.
Bakupost.az xəbər verir ki, o kazinoya gedib və uzun ömürlülüyün sirrini açıb.
1916-cı ildə dünyaya gəlmiş qadın hazırda ahıllar pansionatında yaşayır.
70 yaşına kimi aktiv şəkildə dağ xizək sürmə ilə məşğul olub.
İdman və aktiv həyat tərzindən çox, o çox yaşamasına görə qızı və kürəkəninə borclu olduğunu deyib.
Ad günündə KFC-sayağı yeyib-içmək təşkil edib, daha sonra dostları ilə kazinoya gedib.
Slot maşın, binqo və kart oynayan qadın oyunlar sayəsində ruh yüksəkliyini qoruyur.
Əksər hallarda qalib çıxıb qazanır.
Aygün Musayeva
BakuPost