Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

105 yaşlı qadın uzunömürlülük sirrini açdı - Bütün dərmanlardan yaxşıdır

  • 2022.09.21 16:32
  • 2223 Baxış
105 yaşlı qadın uzunömürlülük sirrini açdı   - Bütün dərmanlardan yaxşıdır

105 yaşlı Kanada sakini uzunömürlülüyün sirrini açıb.


"Medicina" xəbər verir ki, Florentina Conston 1917-ci il sentyabrın 16-da Keyp Breton adasında anadan olub. 17 yaşında o, stenoqrafiya üzrə təhsil alıb və Nyu-Brunsvik Muzeyində işə düzəlib.


Daha sonra qadın neft şirkətində çalışıb, ailə qurub və üç uşaq anası olub. Hazırda onun beş nəvəsi və on nəticəsi var. Kanadalı qadın uzunömürlülüyünün sirrini jurnalistlərlə bölüşüb.

“Gecə, saat dörddə bir stəkan rom və su için. Bu, qəbul edə biləcəyiniz bütün dərmanlardan daha yaxşıdır. İnsanlara qarşı da mehriban olun” .



Qadın çox səyahət etdiyini də dilə gətirib. O, bir neçə dəfə Avropaya səfər edib, 20 il ərzində hər yayı Baham adalarında keçirib.

Aygün Musayeva