Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

105 yaşlı kişinin sirri - Dua edirəm...

  • 2024.03.15 15:14
  • 1075 Baxış
105 yaşlı kişinin sirri  - Dua edirəm...

105 yaşlı vyetnamlı Min Tonq Nquen uzun ömür sürməsinin səbəblərini açıqlayıb.

“Medicina” xəbər verir ki, Min Tonq Vyetnamda doğulub.

1984-cü ildə Almaniyaya gəlib. Amma bu ölkədə yaşamaq onun xoşuna gəlməyib. Tonq aşpaz işləyirdi.

2000-ci ildə 80 illik yubileyində ailəsi ona Avstraliyaya səyahət hədiyyəsi edib.

O, bu ölkəyə aşiq olur və həmişəlik burda qalır.

105 yaşında o yaddaşını, zəkasını saxlayıb, qızı ilə birgə yaşayır.
Kişi uzun ömrünün sirrini gündəlik məşqlərdə, gəzintidə, inam və dualarda görür.

Onun 13 uşağı olub, 5-i artıq vəfat edib.
Hər həftə nəvələri onu ziyarətə gəlir.

Əgər kimsə uzun müddət görünməsə, özü onlara zəng edir, canlı bağlantı ilə danışır.

Kişi hər gün ölkə və dünya xəbərlərini izləyir, yeni nələrsə öyrənir.

99 yaşında ağır xəstələnən Nquendən həkimlər əlini üzmüşdü, 3 həftə xəstəxanada yatdıqdan sonra müalicələr nəticə verdi və o sağalmağa başladı. Bir müddət gəzə bilməsə də özünü gəzməyə, hərəkət etməyə məcbur edir və ayağa qalxır. Nquen dualarının onu qoruduğunu bildirir.

Aygün Musayeva