2017-ci ildə 105 yaşında vəfat edən yapon həkimi Siqzaki Xinoxara uzun ömürlüyünün sirləri barədə açıqlamalar etmişdi.
O, 98 yaşına kimi aktiv işləmiş, həyatsevər insan idi
Medicina.az həkimin “Uzun ömür-faydalı həyat” kitabından məsləhətləri təqdim edir:
1. Qocalıq təqaüdününə gec çıxın
İnsan üçün yaş təqaüdünə çıxmağa gərək yoxdur. İnsan nə qədər bacarırsa, o qədər işləməlidir. Təqaüdə çıxmağa tələsməyin. Ən tezi 70 yaşa kimi çalışın. Hazırda insan orta ömrü 80 yaşa kimidir. Ona görə 60 yaşından özünüzü təqaüdçü elan etməyə tələsməyin. İşiniz ağırdırsa, dəyişin, amma işləyin.
2. Harda yüksək pilləkən gördüz sevinin
İdman etməyənlər üçün pilləkən çıxıb enmək ən yaxşı məşqdir. Mən pilləkənləri iki-iki çıxıram ki, əzələlərim daha yaxşı çalışsın.
Liftlərdən qaçın. Hər gün 90 dəqiqə piyada yol gedin.
3. Arıqla
Uzunömürlüləri birləşdirən bir ümumi cəhət var: onlar arıqdırlar. Siz heç yerdə kök uzunömürlü görməzsiz. Mənim dietam spartalılarındır. “Səhər bir fincan qəhvə, süd, bir qaşıq zeytun yağı.
Günorta – süd, yaşıl çay, bir iki ədəd yulaf peçenyesi. Çox zaman günorta yeməyini ötürürəm.
Axşam –balıq, düyü.
Ət isə həftədə 2 dəfə
4. Məqsədin olsun
Qarşısında gündəlik, aylıq, illik məqsədi, rejimi olmayan insan tez qocalır. Lazımsız işlərə vaxt ayırmayın. Qrafikiniz dolu olsun. Yatağa yorğun girin.
5. Ciddi qaydalar stress yaradır
Çalış tələblərin, özünə və başqalarına qoyduğun qaydalar sərt olmasın. Çərçivələr stress yaradır. Bu isə xəstəlikdir. Uşaqlar kimi yaşa. Sərt çərçivələr qoyma.
Günün şən keçsin, uşaq kimi sadə şeylərə sevin. Bədənini və ruhunu çox yorma.