Böyük Britaniyada daha bir uzunömürlü 100 yaşı geridə qoyub.
“Medicina” xəbər verir ki, şotlandiyalı Ketlin Skreys 103 yaşını ahıllar evində qeyd edib.
Ziyafətdən sonra 75 yaşlı qızı və dosları ilə çimərliyə gedib.
Bütün ömrü boyu səhiyyədə işləyən qadın pilot ilə evli olub və 3 uşaq böyüdüb.
Uzun müddət Portuqaliyada yaşayan qadın uzun ömür sürməsinin səbəbini özünə qarşı xeyirxahlıqda görür:
“Özünüzü və ətrafı sevin, sənə xoşbəxtlik bəxş edən şeyləri edin”.
Aygün Musayeva