Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

103 yaşlı olimpiya çempionu vəfat etdi

  • 2025.01.03 14:55
  • 397 Baxış
103 yaşlı olimpiya çempionu vəfat etdi

103 yaşlı gimnastika üzrə olimpiya çempionu Aqneş Keleti 103 yaşında vəfat edib.

"Medicina" xəbər verir ki, ölkənin Baş naziri Viktor Orban onun xatirəsini yad edib. O, Keletinin olimpiadalarda idman gimnastikası üzrə beş qızıl medal qazandığını qeyd edib.

Yəhudi olan idmançının atası İkinci Dünya müharibəsi dövründə faşist Almaniyası tərəfindən törədilən soyqırımın qurbanı olub.
Anası və bacısı xilas edilib, özü isə müharibə zamanı saxta sənədlərlə kəndlərin birində gizlənib.

1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya Oyunlarından sonra A.Keleti bir neçə idmançı ilə birlikdə Avstraliyadan siyasi sığınacaq istəyib. Daha sonra İsrailə köçüb və orada uzun illər idman gimnastikası üzrə məşqçi işləyib. O, yalnız 2015-ci ildə vətəni Macarıstana qayıdıb.

A.Keleti 1952 və 1956-cı illərdə keçirilən Olimpiya Oyunlarında çempion titulunu əldə edib. Bundan əlavə, onun aktivində üç gümüş və iki bürünc medal var. İdmançı, həmçinin, 1954-cü ildə dünya çempionu adına da yiyələnib.