Böyük Britaniyanın Edinburq şəhərindən olan 102 yaşlı Kristin Miller növbəti ad gününü qeyd edib.
"Medicina" xəbər verir ki, 2020-ci ildə 100 illik yubileyində II Yelizavetdən şəxsən təbrik məktubu alan Kristin öz uzun ömür sirrini açıqlayıb.
Gəncliyindən 60 yaşa kimi bütün dünyanı səyahət edən qadın Asiya və Amerikanı dolaşıb.
Onun sözlərinə görə, məhz gəzmək və səyahət onun uzun və xoşbəxt həyatının əsasıdır.
"Yeni yerlər və adamlarla tanışlıq qəlbimin gəncliyini qoruyur. Səyahətlərdə o qədər şən hadisələr, xatirələr var ki, indi onları xatırlayanda gülürəm" - o, deyib.
Aygün Musayeva