Yaponiya şahzadəsi Yuriko Mikasa 101 yaşında vəfat edib.
"Medicina" xəbər verir ki, Yuriko Mikasa indiki imperator Naruxitonun babası imperator Syovanın (Xiroxito) kiçik qardaşı, şahzadə Mikasanın (Takaxito) dul arvadı olub.
Şahzadə martın əvvəlində Tokiodakı Müqəddəs Luka Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Ona beyin infarktı diaqnozu qoyulub.
Serebral infarktdan sonra şahzadənin bədəninin sağ tərəfi qismən iflic olub. Daha sonra hərəkət funksiyaları qismən bərpa olu..
Qeyd edək ki, şahzadənin əri, Şahzadə Mikasa 2016-cı ildə ölüb. Onlar 75 il evli olublar.