ABŞ-ın 101 yaşlı sakini Meri Flip ad gününü pivə və rəqslə qeyd edib.
"Medicina" xəbər verir ki, 1921-ci ildə doğulmuş Meri bir neçə müharibə, Böyük Depressiya və pandemiyanı geridə qoyub.
6 uşağı olan qadının zarafat hissi güclüdür. O, ailəsini tez itirib, 15 yaşından tək qalıb
18 yaşından Meksikaya keçib, ərə gedib və rançoda yaşayıb.
Sonradan Çikaqo sənət məktəbini bitirib, rəqsi, rəssamlığı öyrənib.
"Mən həqiqətən rəsmi çox sevirdim. Mən başa düşürdüm ki, kətan üzərində çəkilən reallığı əks etdirmir. Bunu öyrənmək üçün çox çalışdım.
Bu da vaxtımı alırdı, bundan əlavə başımı qaşımağa vaxtım yox idi, 6 uşağı böyüdürdüm".
Qadın uzun ömrünün sirrini tekilada və özünə gülməyi bacarmaqda görür.
Elə 101 yaşında da o pivə içərək, masaya çıxıb oynayacağını demişdi.
Aygün Musayeva