Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1000 banka energetik içki içən kişini necə xilas etdilər?

  • 2023.12.20 19:21
  • 1216 Baxış
1000  banka energetik içki içən kişini necə xilas etdilər?


Moskva vilayətində 1 il ərzində 1000 banka energetik içən kişi xəstəxanalıq olub.

“Medicina” xəbər verir ki, Balaşixa sakini gündə 3-4 banka energetik içki içirdi. 30 yaşlı kişi güclü ağrılarla xəstəxanaya müraciət edib.


Müayinə zamanı onun mədəaltı vəzisində və qarın boşluğunda irinli iltihab aşkarlanıb.

Xəstəlik səbəbindən onun ürəyi, böyrəkləri də sıradan çıxıb.

Təcili əməliyyata alınan xəstə 2 həftə reanimasiyadan yatdıqdan sonra xilas edilib.

Hazırda o nəzarətdə və dietadadır,bir daha energetik içki içməməlidir.

Kardioloq Oleq Varfolomeyev bu içkilərdə olan maddə və kofeinin yuxusuzluq, panik atak, ürək-damar problemləri yaratdığını deyib.

Eləcə də əsmə, ürək döyüntüsü pozulması, mədə-bağırsaq problemləri yarada bilir.

Aygün