Çin həkimləri inanılmaza imza atıb.
“CNN” Çinin dövlət agentliyi “Xinhua”ya istinadən xəbər verir ki, koronavirusa yoluxmuş 100 yaşlı xəstə sağalıb. Çin tərəfi bildirir ki, sözügedən şəxs koronavirusdan sağalan ən yaşlı xəstədir.
Tam sağalan qoca 80 nəfərlə birlikdə Vuhandakı xəstəxanada tədavi altında olub. O, 1920-ci ilin fevralında doğulub. Ötən ay 100 illik yubileyini təntənəli şəkildə qeyd edib.
“Xinhua” bildirir ki, 100 yaşlı xəstə bir neçə ağır xəstəlikdən əziyyət çəkirmiş. Buna baxmayaraq həkimlər onun koronavirusdan müalicə edə biliblər.
Koronavirusun daha çox yaşlı adamların ölümünə səbəb olması ilə bağlı ekspertlər dəfələrlə rəy verib. Ancaq “CNN”in diqqət etdiyi bu xəbər göstərir ki, koronavirusdan ən yaşlı adamları belə müalicə etmək mümkündür.