Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

100 yaşlı qadın uzunömürlülük içkisini açıqladı

  • 2023.02.21 22:48
  • 2079 Baxış
100 yaşlı qadın uzunömürlülük içkisini  açıqladı

14 fevralda 100 yaşını qeyd edən avstraliyalı Vinni Tiqvell uzunömürlülüyün sirrini açıb.

“Medicina” xəbər verir ki, o, ahıllar pansionatında yaşayır.

Qadın uzun illər satıcı işləyib.

1980-ci ildə təqaüdə çıxdıqdan sonra çay barı açır və burda çay hazırlayıb satır.
Qadın məhz burda hazırladığı çayı uzunömürlülük iksiri adlandırıb.

“Bacardıqca çay için və gülüş” –deyə o, həyat düsturunu açıqlayıb.

Öz 100 yaşında da Tiqvel masaya xüsusi çaylar təqdim edib. Onun çoxsaylı nəvə-nəticəsi var. Yubileyə şəhər meri də gəlib.

Aygün Musayeva