Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

100 yaşlı qadın sağlamlıq sirrini açdı - Hər gün 5 km gəzir

  • 2022.01.17 15:12
  • 1347 Baxış
100 yaşlı qadın sağlamlıq sirrini açdı -  Hər gün 5 km gəzir
100 yaşlı Mirtl Perçeyz uzunömürlülüyün sirrini açdı.

Medicina.az xəbər verir ki, qadın 88 ildir o, hər gün bir neçə kilometr piyada gəzir.

Piyada gəzməyi sevdiyi üçün oğlu ona pedometr hədiyyə edib. Sayğacın sayəsində məlum olub ki, son beş il ərzində yaşlı qadın 10 min kilometr yol qət edib. Müqayisə üçün bu, Kanadanı qərbdən şərqə və geriyə keçməyə bənzəyir.

"Mən gələcəyə müsbət baxmağa və həyatın parlaq tərəflərinə daha çox diqqət yetirməyə çalışıram... Son vaxtlar mənim üçün pis havada piyada gəzmək çətinləşib. Müntəzəm gəzintiyə çıxa bilmədiyim günlərdə evdə edilə bilən məşqləri seçirəm”, – deyə qadın bildirib.

Bundan əvvəl 106 yaşlı amerikalı qadın ad gününü qeyd edərək, uzunömürlülüyünün sirrini açmışdı. /aztibb.az/