XX əsrdə Yer kürəsində orta ömür uzunluğu 30 il artıb, bu da bəşəriyyət tarixində beş min ildə ən böyük sıçrayışdır. 1990-2000-ci illərdə dünyada uzunömürlülük 51 % artıb.
“Medicina” məlumatına görə, elmi araşdırmalar göstərir ki, gündəlik vərdişlər, qidalanma, həyat şərtləri, keçmiş və indiki həyat, genlər, xarakterinizin xüsusiyyətləri və s. uzunömürlülüyə təsir edir.
Əsas təsir amilləri aşağıdakı kimidir:
1. Qadınlar. Dünyanın hər yerində qadınlar orta hesabla kişilərdən daha uzun yaşayırlar. Fərziyəllərə görə, qadınların uzunömürlülüyün sirri cinsi hormonlar və xromosom dəstindəki fərqlə bağlıdır. Qadınlar kişilərə nisbətən infeksiyaya səbəb olan patogenlərə qarşı daha yaxşı anadangəlmə immunitetə malikdirlər, bu da onların yoluxucu xəstəliklərdən qorunduğunu göstərir.
2.Qadın gənc yaşda uşaq dünyaya gətirərsə,məsələn, yaşı 25-dən az, onların 100 yaşa qədər yaşama ehtimalı iki dəfə çoxdur. Gənclikdə döllənmiş yumurtaların keyfiyyətinin daha yüksək olması daha sağlam nəslin meydana gəlməsinə səbəb olur.
3. Özünüzü 10 yaş cavan hiss edirsinizsə, bu realda da belədir. Məsələn, əgər yaşınız 50-dən az olanda hamı sizə 35 yaş verirsə və siz də belə hiss edirsinizsə, deməli bədəninizin bütün sistemləri normal işləyir və bu, uzun ömür vəd edir.
4.Daha böyük yaşda uşaq dünyaya gətirmisiniz. 44 yaşından sonra təbii yolla hamilə qalsanız, 40 yaşından əvvəl ana olmuş qız yoldaşlarınızla müqayisədə erkən ölüm riskiniz təxminən 15% azalır.
Menopauzanın gec başlaması ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir ki, bu da daha uzun yaşamaq şansı deməkdir.
6 .Çay içməyi sevmək. Həm yaşıl, həm də qara təzə dəmlənmiş çayda yüksək konsentrasiyalı katexinlər, qan damarlarını genişləndirən və ürək-damar xəstəliklərindən qoruyan maddələr var. İnfarkt və ya insult riskini azaltmaq üçün mütəmadi olaraq gündə bir-iki fincan çay içmək kifayətdir. Çaya limon və ya bal əlavə etmək daha yaxşıdır.
7.Güclü ayaqlar. Güclü alt ekstremit əzələlərə sahib olmaq sabitlik, hərəkətlilik və dözümlülüyü ifadə edir. Bütün bu keyfiyyətlər qocalıqda əsas rol oynayır, yıxılma və yaralanma, omba sınması riskini azaldır.
8.Yuxuda xoruldamamaq. Xoruldama obstruktiv yuxu apnoesinin əsas simptomudur. Yuxu apnoesi yüksək qan təzyiqi, yaddaş problemləri, piylənmə və depressiya ilə əlaqələndirilir. Yuxu apnoesindən əziyyət çəkməyən insanlar 3 dəfə daha uzunömrlü yaşayırlar.
9. Məclislərin gözü olmaq. Ünsiyyətcil, şən, nikbin, həyatın çətinliklərini asanlıqla aşan və həmişə dostların əhatəsində olan insanların qocalığa qədər iti qorumaq şansı var. Ehtimal var ki, belə insanlarda kortizol səviyyəsinin aşağı olması immunitet sistemini zəiflədən, bədənin qocalmasını sürətləndirən və beyni pozan xroniki stressdən yan keçməsi ilə əlaqəlidir.
Günay Quluzadə