Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

100 illik ömründə 2 ağır virusa qalib gəldi

  • 2020.04.24 17:38
  • 1166 Baxış
100 illik ömründə 2 ağır virusa qalib gəldi


106 yaşlı qadın “ispan qripi”ndən sonra koronavirusa da qalib gəldi


Uşaqlıqda “ispan qripi”nə yoluxmuş 106 yaşlı Ana del Valye adlı qadın koronavirusa da qalib gəlib.

Nənənin gəlini Paki Sançesin sözlərinə görə, Ana del Valye yeddi yaşında “ispan qripi”nə yoluxub, hətta xəstəlik səbəbindən doğma bacısını da itirib, amma özü sağ qalıb.

Koronavirusa yoluxmazdan əvvəl Ana del Valye qocalar evində yaşayıb. Mart ayında qadının COVID-19-a yoluxduğu üzə çıxıb.