Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

100 il yaşayanların xarakteri necə olur? – 6 əsas səbəb

  • 2023.11.15 18:41
  • 1871 Baxış
100 il yaşayanların xarakteri necə olur?  –  6 əsas səbəb
100 yaşa kimi çatanların ümumi, bənzər xarakterik cizgiləri var.


“Medicina” xəbər verir ki, ispan psixoloqları 19 nəfər 100 yaşa çatmış ispan uzunömürlüsü üzərində araşdırma aparıb.

Onlar hansı şəxsi keyfiyyət, davranış və xasiyyətin bu insanlara 100 yaşa çatmasına səbəb olduğunu tapmağa çalışıb.

19 nəfərdən 7-si qadın idi. Onların hamısı kifayət qədər fiziki və psixi sağlam idi, yaddaşları pozulmamışdı.

Onların hər birinin ciddi analiz və müsahibələri göstərib ki, 100 yaşa çatmaq üçün 6 cəhətin olmalıdır.

- Həyatsevərlik – onlar həmişə gənc yaşdan 80 yaşa kimi işləyib. Onlar kənarda qalmayıb, həmişə özlərini göstərib və hadisələrin mərkəzində olublar.

- Ünsiyyətdən həzz almaq – insanlardan qaçmamaq. Tənhalığı sevmirlər. Doğmalar, dostlarla yaxın əlaqələri olub.

- Məsuliyyət – onlar çox vicdanlı, məsuliyyətli, özlərinə tələbkar olur.

- Qərarlarında, hərəkətlərində müstəqildir. Öz həyatlarını nəzarətdə saxlayıb, hadisələrə real və soyuq yanaşıblar.

- İntelektuallıq – oxumağı, müxtəlif krosvordlar həll etməyi, oynamağı və çətin tapşırıqları sevirlər.

Yeni nəsə öyrənməyə həvəslidir, xəbərləri izləyir.

- Pozitiv, zarafatcıl. Həyatı bayram, hədiyyə kimi dəyərləndirir. Çətinlikdən sonrakı asanlığa ümid edir və dözümlülük göstərir.


Aygün