Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

100 il əvvəl insanları məhv edən viruslar hara getdi?

  • 2023.04.28 15:19
  • 1849 Baxış
100 il əvvəl insanları məhv edən viruslar hara getdi?
Bir əsr əvvəl uşaqlar üçün ölüm hökmü olan təhlükəli viruslar indi insanlara yoluxsa da, nadir halda ölümə səbəb olur. Müasir tibb artıq bir çox infeksion xəstəlikləri nəzarət altında saxlayır.

“Medicina” xəbər verir ki, həkim – dermatoveneroloq Roman İvanovun sözlərinə görə, antibiotiklərin kəşfi, dərmanların kütləvi istehsalı və təbii ki, peyvənd sayəsində bəşəriyyət özünü təhlükəsiz hiss edə bilir.


100 il əvvəl uşaqları öldürən və həkimlərin öhdəsindən gələ bilmədiyi ən təhlükəli infeksiyaları sadalayırıq.

Qızılca - insandan insana asanlıqla ötürülən yüksək yoluxucu viral infeksiyadır. Peyvəndin meydana çıxmasından əvvəl qızılca epidemiyaları müntəzəm olaraq baş verir və hər dəfə 2-2,5 milyon uşaq-böyüklərin ölümünə səbəb olurdu. ÜST hesab edir ki, təkcə XXI əsrdə peyvəndlə 20 milyondan çox ölümün qarşısı alınıb.

Çiçək xəstəliyi- XX əsrin ortalarına qədər bütün dünyada yayılmış çox yoluxucu viral xəstəlikdir. Bu, qızdırma, şiddətli baş ağrısı, dəri və selikli qişalarda maye ilə dolu səpkilərlə özünü göstərir.

Bu gün klassik çiçək xəstəliyi tarixə düşüb və artıq təbii şəkildə özünü göstərə bilmir: Bu nəticə ÜST-nin himayəsi altında 1967-ci ildə bütün dünyada həyata keçirilən peyvənd sayəsində əldə edilib.

Vərəm mikobakteriyaları – buna koha çöpü səbəb olur, ona görə də antibiotiklərin ixtirasına qədər infeksiyanın öhdəsindən gəlmək demək olar ki, mümkün deyildi.

Müasir həkimlər, diaqnozu təsdiqlədikdən sonra xəstəyə ciddi bir sxemə uyğun olaraq müalicə kursu təyin edirlər. ÜST-ün məlumatına görə, XXI əsrin ilk 20 ilində erkən diaqnoz və müalicə sayəsində 60 milyon insanın həyatı xilas edilib.

Lakin elmin indiki nailiyyətlərinə baxmayaraq, vərəm dünyada ölümə səbəb olan xəstəliklərin ilk onluğundadır. Eyni zamanda, uşaqlarda və yeniyetmələrdə infeksiyanın müalicəsi böyüklərə nisbətən daha çətindir, vərəm uşaqlarda daha çox yayılır.

Aygün Musayeva